Azərbaycan və Gürcüstan prokurorluq qurumları arasında ikitərəfli
hüquqi əməkdaşlığın gücləndirilməsi və mövcud əlaqələrin gələcəkdə
daha da intensivləşdirilməsi məqsədilə Anlaşma Memorandumu
imzalanıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat
verilib.
Qeyd edək ki, oktyabrın 15-də Azərbaycanın Baş prokuroru Kamran
Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın Baş
prokuroru İrakli Şotadzenin dəvəti ilə Tbilisiyə səfər edib.
Gürcüstan Prokurorluğunda nümayəndə heyətləri arasında ikitərəfli
görüş keçirilib.
Mənbə: report.az