“Gürcüstan və Azərbaycan arasında sıx, dost və işgüzar
münasibətlər var və ədliyyə sahəsində də əməkdaşlıq çox
vacibdir”.
Bunu Gürcüstanın Baş prokuroru İrakli Şotadze azərbaycanlı həmkarı
Kamran Əliyevlə görüşdən sonra deyib.
Gürcüstan Baş Prokurorluğunun yaydığı məlumata əsasən, İ.Şotadze
Azərbaycanla hüquqi sahədə səmərəli əməkdaşlığın olduğunu
bildirib.
O, Azərbaycanın Gürcüstan üçün əsas strateji tərəfdaşlardan biri
olduğunu deyib:
“Bu gün pulların yuyulması, korrupsiya,
ailə zorakılığı və digər ağır cinayətlərə qarşı mübarizə
məsələlərini müzakirə etdik. İkitərəfli əməkdaşlığa dair
memorandumun imzalanması da mühüm əhəmiyyət kəsb edir. Əminəm ki,
Azərbaycan və Gürcüstanın Baş prokurorluqları arasında cinayət
hüququ sahəsində qarşılıqlı əməkdaşlıq daha da
güclənəcək”.
Mənbə: report.az