DTX- Rəis müavininin evinin qarət edilməsi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil
DTX- Rəis müavininin evinin qarət edilməsi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil. Həmçinin xidmət məlumatlarını ehtiva edən yaddaş kartlarının götürüldüyünə dair olan məlumatlar da doğru deyil.

“Sentyabrın 28-də Marneulidə baş verən oğurluq barədə ictimaiyyəti məlumatlandırmaq istərdik.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavininin evinin qarət edilməsi barədə yayılan xəbərlər həqiqətə uyğun deyil. Oğurluq zamanı evdən yaddaş kartının da oğurlanması yalandır.

Dövlət Təhlükəsizliyi Xidmətinin Kvemo Kartli Regional Bölməsinin əməkdaşlarından birinin ailəsinə məxsus ev qarət edilib. Evdən əşyalar oğurlanıb.

Gürcüstan Daxili İşlər Nazirliyi oğurluq faktını araşdırır",
- deyə DTX-nin bəyanatında bildirilib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google