"Saakaşvili ruhən özünü yaxşı hiss edir, ancaq yeriməkdə çətinlik çəkir" - Saakaşvilinin həkimi
Mixail Saakaşvilinin şəxsi həkimi Nikoloz Kipşidzenin sözlərinə görə, Saakaşvilinin sağlamlıq vəziyyətini qiymətləndirmək üçün əvvəlcədən planlaşdırıldığı kimi çərşənbə axşamı günündən tez bir konsultasiya təyin etmək lazım gələ bilər.

Onun sözlərinə görə, Saakaşvilinin xəstəxanaya yerləşdirilməsinə hələ ehtiyac yoxdur.

"Mənim məsləhətim və tövsiyəm budur ki, həkimlərdən ibarət işçi qrupu çərşənbə günündən tez toplansın. Həkimlər bundan sonra nə etməli olduqlarını bildirməlidirlər.

Ruhən özünü çox yaxşı hiss edir, amma bədəni zəiflədiyinə görə yeriməkdə çətinlik çəkir.

Evə getdikdən sonra heyətlə bağla həbsxana həkiminə zəng edəcəm və sonra onlar nə vaxt görüşəcəklərinə qərar verməli olacaqlar",
- deyə Nikoloz Kipşidze bildirib.

Həkimlər şurası, həbsdə olan Saakaşvilinin sağlamlığını izləmək üçün Səhiyyə Nazirliyi tərəfindən yaradılıb.

Mixail Saakaşvili aclıq elan edib.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google