Basilaşvili "Indian Wells Masters" finalındadır
Nikoloz Basilaşvili Indian Wells Masters yarışının yarımfinalında amerikalı rəqibi Taylor Fritzə qalib gəlib və ilk dəfə turnirin finalında oynayacaq.

Basilaşvili Fritzi iki setdə 7:6, 6:3 hesabı ilə məğlub edib.

Finalda onun rəqibi britaniyalı Kameron Nor olacaq.

"Indian Wells Masters", hər il keçirilən 8-9 Masters 1000 turnirlərindən biridir və ən nüfuzlu yarışlardan sayılır.

Bu il turnirin mükafat fondu 9,146,125 dollardır.
Nikoloz Basilaşvili gürcü tennisçidir. Uğurlu idman karyerası fonunda, 2020-ci ilin may ayında ailədaxili zorakılıq zəminində həbs olunsa da, 100,000 lari girov müqabilində sərbəst buraxılıb.

Tennisçi, azyaşlı uşağın yanında keçmiş həyat yoldaşı Neka Dorokaşviliyə qarşı fiziki zorakılıqda ittiham olunurdu. Dorokaşvilinin sözlərinə görə, Basilaşvili sistematik olaraq onu təhqir edib, ancaq, bunu Basilaşvilinin ailəsi inkar edib.

Hələlik məhkəmə iclasları bitməyib.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google