Gecə saatlarında Tbilisinin Qazapxuli küçəsində bir qadın
öldürülüb.
Həmin küçədə yaşayan sakinlərin sözlərinə görə, ona bir neçə dəfə
atəş açıblar.
Ekspert kriminalistlər gecə saatlarına qədər hadisə yerində
işləyiblər.
Daxili İşlər Nazirliyindən bildirilər ki, faktla bağlı Gürcüstan
Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq başladılıb. Həmin
maddə qəsdən adam öldürməni nəzərdə tutur.