Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin
("Rosselxoznadzor") Oryol və Kursk vilayətləri üzrə idarəsinin
nəzarəti ilə bu il regiondakı müəssisələr 12 min tondan çox
heyvandarlıq məhsulu ixrac edib.
Bu barədə "Rosselxoznadzor" məlumat yayıb.
Məlumata görə, 8 min tondan çox yem və yem qatqıları, 3 min tondan
çox ət və ət məhsulları, 500 tona yaxın süd məhsulları uzaq və
yaxın xarici ölkələrə göndərilib.
Belə ki, regiondan Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxıstan,
Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan, Monqolustan,
Ukrayna, Moldova, Vyetnam və Çinə ət-süd məhsulları, Vyetnam və
Honqkonqa donuz əti yan məhsulları və bağırsaq xammalı, Avropa
İttifaqı ölkələrinə isə yem və yem qatqıları tədarük edilib.
Mənbə: report.az