Gürcüstan bu il Oryol və Kurskdan ət və süd məhsulları idxal edib
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Oryol və Kursk vilayətləri üzrə idarəsinin nəzarəti ilə bu il regiondakı müəssisələr 12 min tondan çox heyvandarlıq məhsulu ixrac edib.

Bu barədə "Rosselxoznadzor" məlumat yayıb.

Məlumata görə, 8 min tondan çox yem və yem qatqıları, 3 min tondan çox ət və ət məhsulları, 500 tona yaxın süd məhsulları uzaq və yaxın xarici ölkələrə göndərilib.

Belə ki, regiondan Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan, Monqolustan, Ukrayna, Moldova, Vyetnam və Çinə ət-süd məhsulları, Vyetnam və Honqkonqa donuz əti yan məhsulları və bağırsaq xammalı, Avropa İttifaqı ölkələrinə isə yem və yem qatqıları tədarük edilib.

Mənbə: report.az
Print