Müəllimlər, uşaq bağçası müəllimləri və 60 yaşdan yuxarı vətəndaşlar qrip əleyhinə pulsuz peyvənd olunacaq
Müəllimlər, bağça müəllimləri və 60 yaşdan yuxarı vətəndaşlar qrip əleyhinə peyvənd olunacaq.

Xəstəliklərə Nəzarət Milli Mərkəzinin Yoluxucu Xəstəliklər Mərkəzinin rəhbəri Xatuna Zaxaşvilinin verdiyi məlumata görə, ən yüksək risk qrupu tibb işçiləri, hamilə qadınlar və dializ xəstələridir.

“Həmçinin, qrip peyvəndi hepatit C, HİV-ə yoluxmuş insanlara pulsuz veriləcək. Qrip əleyhinə peyvənd almaq istəyən 60 yaşdan yuxarı vətəndaşlar və dializ xəstələri peyvənd məntəqələrinə gedə bilər”, - deyə Zaxaşvili bildirib.

Məlumat üçün bildirək ki, qrip əleyhinə peyvəndləmə 8 oktyabr 2021-ci ildə başlamış və bu prosesin ilk mərhələsinin hədəfi dializ xəstələri, hamilə qadınlar və səhiyyə işçiləri olaraq təyin edilib.. Bu mərhələdə, Gürcüstanda 43 min dozada qrip əleyhinə peyvənd alınıb, ölkə yaxın gələcəkdə daha 150 mindən çox peyvəndin gətiriləcəyini bildirib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google