Qonşuların sözlərinə görə, Saburtaloda öldürülən qadın xarici ölkə
vətəndaşıdır.
Onların sözlərinə görə, qadın oğlu ilə tək yaşayırmış. Qonşular
dünən axşam saatlarında bir neçə dəfə atəş səsi eşidiblər və
cinayətkarın qaçdığını görüblər.
Qətlin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Binanın
yaxınlığında bir neçə müşahidə kamerası quraşdırılıb.
Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam
öldürməyi nəzərdə tutan 108-ci maddəsi ilə istintaq aparılır.