Qonşuların sözlərinə görə, Tbilisidə öldürülən qadın xarici ölkə vətəndaşıdır. Onlar bir neçə dəfə atəş səsi eşiddiklərini qeyd ediblər
Qonşuların sözlərinə görə, Saburtaloda öldürülən qadın xarici ölkə vətəndaşıdır.

Onların sözlərinə görə, qadın oğlu ilə tək yaşayırmış. Qonşular dünən axşam saatlarında bir neçə dəfə atəş səsi eşidiblər və cinayətkarın qaçdığını görüblər.

Qətlin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Binanın yaxınlığında bir neçə müşahidə kamerası quraşdırılıb.

Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam öldürməyi nəzərdə tutan 108-ci maddəsi ilə istintaq aparılır.

Mənbə: İnterPressNews
Print