Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan xalqını 18
Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.
Bu barədə Gürcüstan XİN-in "Twitter” hesabında paylaşım edilib.
"Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 30-cu
ildönümü münasibətilə Azərbaycan xalqına səmimi təbriklərimizi və
ən xoş arzularımızı çatdırırıq. Biz Gürcüstan və Azərbaycanın
möhkəm strateji tərəfdaşlığını yüksək qiymətləndiririk və
xalqlarımızın xeyri üçün bunu daha da inkişaf
etdirəcəyik", -deyə təbrikdə qeyd olunub.
Müstəqilliyin bərpasının ildönümü münasibəti ilə Gürcüstan Baş
nazirin birinci müavini, xarici işlər naziri David Zalkaliani də
Azərbaycanı təbrik edib.
D. Zalkalianinin bu barədə “Twitter” hesabında paylaşımında
deyilir:
“Bizim strateji tərəfdaşımız olan Azərbaycanın
müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibəti ilə mən səmimi
qəlblə təbrik edir və Azərbaycan xalqına uğur və firavanlıq arzu
edirəm”.