Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
18 oktyabr tarixində Tbilisinin əsas simvollarından biri olan televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Tbilisinin ən yüksək nöqtəsi sayılan Mtatsminda parkında yerləşən televiziya qülləsi Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibəti ilə bəzədilib.

Axşam saatlarından etibarən teleqüllə göy, qırmızı və yaşıl rənglərdə işıq saçmağa başlayıb.

İşıqlandırma Tbilisi meriyası tərəfindən həyata keçirilib.

Qeyd edək ki, Tbilisi teleqülləsi bu il artıq ikinci dəfədir Azərbaycan bayrağının rənglərinə boyanıb. Teleqüllə ilk dəfə 28 May – Respublika Günündə üçrəngli bayrağımızın rəngləri ilə işıqlandırılıb.

İstifadə olunan şəkil Azərbaycan Respublikasının Gürcüstandakı səfirinin birinci katibi Anar Rəsulovun "Facebook" səhifəsindən götürülüb.
Print