Məktəblərdə tədris prosesinin dayandırılıb-dayandırılmaycağı barədə səhiyyə naziri açıqlama verib
"Bu mərhələdə məhdudiyyətlərlə bağlı heç bir təşəbbüsümüz yoxdur", - deyə Gürcüstanın səhiyyə naziri Ekaterine Tikaradze qeyd edib.

O, koronavirusa yoluxma hallarının artmasına baxmayaraq, məktəblərin bağlanacağı ilə bağlı heç bir gözləntinin olmadığını söyləyib.

“Məhdudiyyətlərlə bağlı indiki mərhələdə heç bir təşəbbüsümüz yoxdur. Bu səbəbdən, növbəti tədbirin nə ola biləcəyini yerində müzakirə edəcəyik. Məktəblərin bağlanması ilə əladar heç bir gözləntimiz yoxdur, çünki Təhsil Nazirliyi Xəstəliklərə Nəzarət Mərkəzi ilə fəal əməkdaşlıq edir və monitorinq aparır. Dərhal reaksiya vermək və bununla da qlobal kilidləmənin qarşısını almaq üçün yerli idarəetmənin çox vacib olduğunu düşünürəm",-
deyə Ekaterine Tikaradze bildirib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google