Bəzi insanlar mənim proqnozumu bəyənməyəcək amma...– Amiran Qamkrelidze
Xəstəliklərə Nəzarət Mərkəzinin direktoru Amiran Qamkrelidze, ölkə peyvənd nisbətini artıra bilməsə, bu tip dalğaların olacağını və hər iki aydan bir daha da şiddətlənəcəyini söyləyib.

Amiran Qamkrelidze qeyd edib ki, əvvəlki dalğalardan fərqli olaraq, beşinci dalğa ölkədə çox yüksək sürətlə başlayıb.

"Təəssüf ki, beşinci dalğaya çox yüksək göstəricilərlə başladıq. Nə ikinci, nə üçüncü, nə də dördüncü dalğa bu tip göstəricilərlə başlamamışdı. İndi daha çətindir. Bu "Delta" variantının olduqca aqressiv olduğu ortaya çıxdı və belə davam edərsə, noyabr ayı çox çətin keçəcək. Bəzi insanlar mənim proqnozumu bəyənməyəcək ama olduqca çətin bir noyabr ayı bizi gözləyir",
- deyə Amiran Qamkrelidze bildirib.

Mənbə: report.ge
Print ელ. ფოსტა
FaceBook Twitter Google