Yoluxucu Xəstəliklər Xəstəxanasının baş direktoru Tenqiz
Tsertsvadze, "Imedi TV"-də epidemioloji vəziyyətin pisləşməsindən
və aşağı peyvənd nisbətindən danışıb.
"Epidemioloji vəziyyətin pisləşməsinə səbəb olan
hadisələr çox açıqdır. Maska taxmaqdan və izdihamlı yığıncaqlardan
çəkinməməklə yanaşı, peyvəndləmə nisbəti də fəlakətli dərəcədə
aşağı səviyyədədir: toylar, yas yerləri, ad günləri, görüşlər və
buna siyasi proseslərlə əlaqəli daha böyük yığıncaqlar da əlavə
edilib. Ümumi əhalinin cəmi 20%-i, yetkin əhalinin isə 30%-i tam
aşılanıb."
Tenqiz Tsertsvadze qeyd edib ki, Gürcüstanda ölənlərin ümumi sayı
çox yüksəkdir.
Ancaq Yoluxucu Xəstəliklər Xəstəxanasının müdiri bildirib ki, tam
peyvənd edilmiş bir ölkə olsaydıq, gündə 4-6 ölüm sayı olardı.
Onun sözlərinə görə, ölkədə peyvəndin uğurlu alınması üçün hər cür
şərait yaradılıb.
“Ölkədə peyvəndin uğurlu alınması üçün hər cür şərait
yaradılıb. Çox sayda peyvəndimiz var və bunlar ən yaxşı
peyvəndlərlərdir. 500-dən çox peyvənd mərkəzləri, eləcə də peyvənd
ola biləcəyiniz səyyar avtobuslar var, bölgələrdə peyvənd
briqadaları işləyir, mənzillərə gedirlər.
Dünyanın heç bir ölkəsində belə bir şey yoxdur. Buna baxmayaraq,
çox sayda yeni infeksiya halları yaranır, Avropada Monteneqrodan
sonra ikinci yerdəyik və eyni zamanda nisbətən aşağı ölüm nisbətinə
sahibik. Buna tibb sektorunun düzgün və ciddi işi saysində nail ola
bilirik", - deyə Tsertsvadze bildirib.
Yoluxucu Xəstəliklər Xəstəxanasının müdiri qeyd edib ki, aşılama
dərəcəsinin aşağı olması iqtisadiyyata ziyan vurur və bizi normal
həyatdan daha da uzaqlaşdırır.
"Bu qədər yoluxma halının olduğu və hər kəsin narahat
olduğu bir şəraitdə, bu anda 4 min adam aşılanmağa gəlir. Bunların
çoxu ikinci doza üçün gəlir və yeni peyvənd olmaq üçün praktiki
olaraq heç kəs gəlmir.
Niyə bu insanlar sağlamlıqlarını və həyatlarını sabotaj edirlər,
aydın deyil! Nəticədə, bu, ölkəni incidir. Onlarla insan itkisi
bizim kimi bir ölkə üçün çox ağrılıdır. Bu, eyni zamanda ölkədəki
vəziyyəti daha da gərginləşdirir. Cəmiyyət artıq qütbləşib! Daha da
gərginlik gətirir. Zorla canlanan iqtisadiyyat çökür, gəlirlər
azalır. Bu vəziyyət bizi normal həyatdan daha da
uzaqlaşdırır", - deyə Yoluxucu Xəstəliklər
Xəstəxanasının baş direktoru bildirib.