Epidemioloji vəziyyətin pisləşməsinin səbəbi nədir
Yoluxucu Xəstəliklər Xəstəxanasının baş direktoru Tenqiz Tsertsvadze, "Imedi TV"-də epidemioloji vəziyyətin pisləşməsindən və aşağı peyvənd nisbətindən danışıb.

"Epidemioloji vəziyyətin pisləşməsinə səbəb olan hadisələr çox açıqdır. Maska taxmaqdan və izdihamlı yığıncaqlardan çəkinməməklə yanaşı, peyvəndləmə nisbəti də fəlakətli dərəcədə aşağı səviyyədədir: toylar, yas yerləri, ad günləri, görüşlər və buna siyasi proseslərlə əlaqəli daha böyük yığıncaqlar da əlavə edilib. Ümumi əhalinin cəmi 20%-i, yetkin əhalinin isə 30%-i tam aşılanıb."

Tenqiz Tsertsvadze qeyd edib ki, Gürcüstanda ölənlərin ümumi sayı çox yüksəkdir.

Ancaq Yoluxucu Xəstəliklər Xəstəxanasının müdiri bildirib ki, tam peyvənd edilmiş bir ölkə olsaydıq, gündə 4-6 ölüm sayı olardı.

Onun sözlərinə görə, ölkədə peyvəndin uğurlu alınması üçün hər cür şərait yaradılıb.

“Ölkədə peyvəndin uğurlu alınması üçün hər cür şərait yaradılıb. Çox sayda peyvəndimiz var və bunlar ən yaxşı peyvəndlərlərdir. 500-dən çox peyvənd mərkəzləri, eləcə də peyvənd ola biləcəyiniz səyyar avtobuslar var, bölgələrdə peyvənd briqadaları işləyir, mənzillərə gedirlər.

Dünyanın heç bir ölkəsində belə bir şey yoxdur. Buna baxmayaraq, çox sayda yeni infeksiya halları yaranır, Avropada Monteneqrodan sonra ikinci yerdəyik və eyni zamanda nisbətən aşağı ölüm nisbətinə sahibik. Buna tibb sektorunun düzgün və ciddi işi saysində nail ola bilirik",
- deyə Tsertsvadze bildirib.

Yoluxucu Xəstəliklər Xəstəxanasının müdiri qeyd edib ki, aşılama dərəcəsinin aşağı olması iqtisadiyyata ziyan vurur və bizi normal həyatdan daha da uzaqlaşdırır.

"Bu qədər yoluxma halının olduğu və hər kəsin narahat olduğu bir şəraitdə, bu anda 4 min adam aşılanmağa gəlir. Bunların çoxu ikinci doza üçün gəlir və yeni peyvənd olmaq üçün praktiki olaraq heç kəs gəlmir.

Niyə bu insanlar sağlamlıqlarını və həyatlarını sabotaj edirlər, aydın deyil! Nəticədə, bu, ölkəni incidir. Onlarla insan itkisi bizim kimi bir ölkə üçün çox ağrılıdır. Bu, eyni zamanda ölkədəki vəziyyəti daha da gərginləşdirir. Cəmiyyət artıq qütbləşib! Daha da gərginlik gətirir. Zorla canlanan iqtisadiyyat çökür, gəlirlər azalır. Bu vəziyyət bizi normal həyatdan daha da uzaqlaşdırır",
- deyə Yoluxucu Xəstəliklər Xəstəxanasının baş direktoru bildirib.

Mənbə: inforustavi.ge
Print