Gürcüstanda koronavirusa 5 219 yeni yoluxma qeydə alınıb
Gürcüstanda ötən sutkada koronavirusa 5 219 yeni yoluxma halı
təsdiqlənib, 2 348 nəfər müalicə olunaraq sağalıb, 42 pasiyent
vəfat edib.
Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli
Mərkəzindən bildirilib.
Hazırkı dövrədək ölkədə COVID-19 infeksiyası 675 771 nəfərdə
aşkarlanıb. Onların 619 285-i sağalıb, 9 588-i isə ölüb.
Bu günə olan aktiv xəstə sayı 46 872 nəfərdir.