Gürcüstan sərhədlərində dörd buraxılış məntəqəsində müvəqqəti
izolyasiya zonaları yaradılıb.
Bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən
bildirilib.
Təcrid məntəqələrindən biri Azərbaycanla sərhəddə yerləşən “Qırmızı
körpü” nəzarət-buraxılış məntəqəsində qurulub. Burada koronavirusa
yoluxduğu təsdiqlənən və ya yoluxma şübhələri olan şəxslər
yerləşdiriləcək.
Bu gün Gürcüstan-Ermənistan sərhədindəki “Sadaxlı” mətəqəsində
yaradılan təcrid zonasının açılışı baş tutub.
Layihə Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən Avropa İttifaqının
maliyyə dəstəyi və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi
əsasında həyata keçirilib.
Gəlirlər Xidmətindən qeyd olunub ki, qlobal pandemiya şəraitində
izolyasiya məntəqələrinin yaradılması vətəndaşların
sağlamlıqlarının təminatında vacib addımdır və eyni zamanda qanuni
miqrasiyaya şərait yaradacaq.
Mənbə: report.az