Azərbaycanın peyvənd olunmamış vətəndaşları Gürcüstana yalnız mənfi
PCR test nəticəsi ilə daxil ola bilər.
Oktyabrın 19-dan etibarən Gürcüstan bir sıra dövlətlər üçün ölkəyə
giriş qaydalarını sadələşdirib.
Yeni qərara əsasən, Azərbaycanla yanaşı, Ukrayna, Qazaxıstan,
Rusiya, Özbəkistan, Tacikistan, Qırğızıstan və Türkmənistan
vətəndaşları PCR test nəticəsi ilə Gürcüstana daxil ola bilər.
Mənfi PCR test nəticəsi səfərdən əvvəl 72 saat ərzində əldə
edilməlidir. Gürcüstana səfərdən üç gün sonra peyvənd olunmamış
turistlər yenidən PCR test verməlidir, əks halda onlar 600
dollardan çox məbləğdə cərimələnəcək.
Qeyd edək ki, indiyə qədər Gürcüstana səfər edən şəxslər həm
vaksinasiyadan keçməli, həm də mənfi PCR test nəticəsinə malik
olmalı idilər.
Mənbə: report.az