Gürcüstana qızıl külçə keçirən Ermənistan vətəndaşı saxlanılıb
Gürcüstana qanunsuz yolla qızıl idxal etməyə çalışan Ermənistan vətəndaşı saxlanılıb.

Bu barədə ölkənin Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib.

Ermənistanla sərhəddəki “Sadaxlı” gömrük-buraxılış məntəqəsində həmin şəxsin əl yükünə keçirilən baxış zamanı bəyan edilməmiş 100 qram çəkidə qızıl külçə aşkarlanıb. Qaçaqmalın dəyəri 17 686 lari (5 632 ABŞ dolları) təşkil edib.

Faktla bağlı Maliyyə Nazirliyinin İstintaq Xidmətində araşdırma aparılır.

Mənbə: report.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია