Gürcüstanda “Avro 5” yanacaq standartına keçid 3-cü dəfə təxirə
salınıb.
Bu barədə “SOCAR Georgia Petroleum” şirkətinin direktoru Levan
Giorqadze “BusinessPressNews” nəşrinə bildirib.
O, qərarın nə zaman qüvvəyə minəcəyi barədə məlumatlı olmadığını
qeyd edib:
“Biz əlbəttə ki, təxirə salınmanı
alqışlayırıq. Lakin bununla bağlı şirkətin heç bir müraciəti
olmayıb”.
Gürcüstan hökumətinin qərarı ilə yeni standartın tətbiqi 2022-ci
ilin yanvarın 1-dən qüvvəyə minəcəkdi. “Avro 5”ə keçid hələ 2020-ci
ilin yanvarın 1-də baş tutmalı idi.
Azərbaycan qonşu ölkənin əsas dizel tədarükçülərindən biridir. Nəşr
qeyd edib ki, Gürcüstan yeni standarta Azərbaycanın “Avro-5”ə cavab
verən yanacaq məhsullarının istehsalını təmin etməsindən sonra
keçəcək.
Mənbə: report.az