Gürcüstanda seksual xarakterli zorakılıqda ittiham olunan
Azərbaycan vətəndaşı Qurban Əliyev 4 il müddətinə azadlıqdan məhrum
edilib.
Bu barədə qərarı Tbilisi Şəhər Məhkəməsi qəbul edib.
Q.Əliyevin vəkili, Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar
Assosiasiyasının təsisçisi Əli Bədirov müdafiə etdiyi şəxsə böhtan
atıldığını bildirib. O, məhkəmə qərarından Appelyasiya Məhkəməsinə
şikayət veriləcəyini deyib.
Qeyd edək ki, Q.Əliyev yeniyetmələrdən ibarət “Marneuli” futbol
komandasının məşqçisidir.
Mənbə: report.az