Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ)
təşkilatçılığı ilə Tbilisidə
Azərbaycanın "Vətən müharibəsi"ndəki Qələbəsinin ildönümünə həsr
olunan “Zəfər kuboku” mini futbol turnirinə start verilib.
Yarışa 10 həvəskar komanda qatılıb.
Rəsmi açılış mərasimində çıxış edən AZEBİ-nin İdarə Heyətinin sədri
Nəriman Qurbanov turnir iştirakçılarına təşəkkürünü bildirib. Onun
sözlərinə görə, yarış Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının
nümayişidir.
Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov və
Türkiyə səfirinin müavini Onur Sevim də çıxış edərək oyunçulara
uğurlar arzulayıblar.
Turnirin ilk oyunu hər iki ölkənin diplomatik nümayəndəliklərinin
həvəskar komandaları arasında keçirilib. Qarşılaşma 2:0 hesabı ilə
türkiyəli diplomatların xeyrinə başa çatıb.
Gürcüstanda fəaliyyət göstərən Azərbaycan və Türkiyə şirkətlərinin
komandalarının da iştirak edəcəyi yarışın qalibi noyabrın 8-də
müəyyənləşəcək.
Mənbə: report.az