Gürcüstanda son sutkada COVID-19-dan 43 nəfər ölüb
Gürcüstanda ötən sutkada koronavirusa 3 436 yeni yoluxma halı təsdiqlənib, 4 483 nəfər müalicə olunaraq sağalıb, 43 pasiyent vəfat edib.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Ölkədə indiyədək COVID-19 infeksiyası 692 240 nəfərdə aşkarlanıb. Onların 630 961-i sağalıb, 9 742-si isə ölüb.
Print