Gürcüstanda məcburi vaksinasiyaya yol verilməyəcək.
Bu barədə Gürcüstan Baş naziri İrakli Qaribaşvili deyib.
Baş nazirin sözlərinə görə, vətəndaşları əmin etməlidilər ki,
vaksinasiya yeganə, alternativsiz variantdır:
"Birmənalı olaraq demək istəyirəm, mən, koordinasiya
şurasının sədri və baş nazir kimi, məcburi vaksinasiyaya yol
verməyəcəm. İstəyirəm bunu hamı yaxşı bilsin. Vətəndaşlarımızın
azad seçim hüququ və imkanı var".
Xatırladaq ki, son sutka ərzində Gürcüstanda koronavirusa 3 436
nəfər yoluxub, 4 483 xəstə sağalıb, 43 nəfər vəfat edib.