9 nəfər 70 avro müqabilində saxta kovid pasportu hazırlamaqda ittiham olunub
9 nəfər 70 avro müqabilində saxta kovid pasportu hazırlamaqda ittiham olunub. Sözügedən məlumatı İstintaq Xidməti yayıb.

İstintaq Xidməti saxta kovid pasportlarının və koronavirus laboratoriya testlərinin mənfi nəticələrini əks etdirən saxta sənədlər hazırlayan və istifadə edən şəxslərin müəyyən edilməsi istiqamətində fəal tədbirləri davam etdirir.

İstintaq Xidmətinin İstintaq Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri və istintaq hərəkətləri nəticəsində Tbilisi və İmereti bölgəsində bu növ cinayətlə bağlı 2 fakt aşkar edilib, 9 nəfərə ittiham irəli sürülüb, onlardan biri saxlanılıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən saxta sənəd və möhürlər, həmçinin saxta pasportlar və onların hazırlanmasında istifadə olunan kompüter avadanlıqları götürülüb.

Həmçinin, İmereti bölgəsində dövlət sərhədini keçərkən koronavirusun ötürülməsi qaydalarının qarşısının alınması məqsədilə tibbi qurumların adından verilmiş koronavirus "PCR" laboratoriya müayinəsinin mənfi nəticələrini əks etdirən saxta sənədlər alıb istifadə edən 8 nəfər müəyyən edilib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 3 ilə qədər həbs cəzasını nəzərdə tutan 362-ci maddəsinin birinci hissəsi ilə istintaq aparılır.


Print ელ. ფოსტა
FaceBook Twitter Google