Gürcüstanda daha 4 762 nəfər koronavirusa yoluxub
Gürcüstanda ötən sutkada koronavirusa 4 762 yeni yoluxma faktı
qeydə alınıb, 3 953 nəfər müalicə olunaraq sağalıb, 43 pasiyent
vəfat edib.
Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli
Mərkəzindən bildirilib.
Hazırkı dövrədək ölkədə COVID-19 infeksiyasına 698 944 nəfər
yoluxub. Onların 639 564-ü sağalıb, 9 831-i dünyasını dəyişib.
Bu günə olan aktiv xəstə sayı 49 523 nəfərdir. Bir sutka ərzində 48
090 test aparılıb.