Telavidə baş verən yol-nəqliyyat hadisəsi zamanı bir nəfər dünyasını dəyişib
Telavi bələdiyyəsinin Ruispiri kəndində baş verən yol-nəqliyyat hadisəsi insan ölümü ilə nəticələnib. Belə ki, hadisə nəticəsində iki minik avtomobili toqquşub.

Qəza zamanı sürücülərdən biri hadisə yerində dünyasını dəyişib. Digər sürücə və avtomobillərdə olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarəti ilə təcili tibbi yardım briqiadası tərəfindən xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə patrul polisi, ekspert-kriminalistlər və xilasedicilər səfərbər edilib.

Avtomobil qəzasının səbəbi araşdırmadan sonra məlum olacaq.

Mənbə: Birinci Kanal
Print ელ. ფოსტა
FaceBook Twitter Google