“Formal səsvermələr və iclaslar keçirilir”- “VMH” Bələdiyyə Məclisində “Gürcü Arzusu”-nun namizədlərini dəstəkləməyib
Marneulidə yeni seçilmiş Bələdiyyə Məclisinin ilk iclasında, “Vahid Milli Hərəkat” partiyasının nümayəndələri “Gürcü Arzusunun” elan etdiyi namizədləri dəstəkləməyib. Marneuli Bələdiyyə Məclisi sədri olaraq Amiran Qiorqadze, müavinlər isə Tariel Məmmədov, Riçard Qiqani və Rövşən İsgəndərov seçilib. Bələdiyyə Məclisinin üzvü Laşa Kveladze bildirdi ki, səsvermə və iclaslar formal şəkildə keçirilir, ona görə ki, Gürcüstanda total saxtalaşdırılmış seçkilər fonunda səs verməyin mənası yoxdur.

“Biz Gürcü Arzusundan təqdim olunmuş heç bir namizədi dəstəkləmirik. Çünki hamımız bilirik ki, seçkilər necə keçirildi – total saxtalaşdırma fonunda. Bu onlar tərəfindən oğurlanmış mandatlardır. Buradan irəli gələrək, biz onların heç birini dəstəkləməyəcəyik. Mənası yoxdur, formal səsvermə və iclaslar keçirilir. Qərar verilib, kimi seçəcəklərini bilirlər və iştirak etməyin mənası yoxdur. Yenə sona qədər mübarizə aparacağıq ki, Bələdiyyə Məclisinin aldığı hər bir tetri, hər bir qərar Marneulinin firvanalığına və əhalinin inkişafına xərclənsin. Əhali onu da nəzərə almalıdır ki, bu Bələdiyyə Məclisinin ümidinə qalmaq olmaz. Təşəbbüsü öz üzərimizə götürməliyik, ədalət üçün mübarizə aparmalıyıq. Bu həqiqət Gürcüstan üçün və cənab Mixeil Saakaşvilinin azad edilməsi üçün birləşməyimizdir. Məhz bundan sonra Gürcüstanın qurulması başlayacaq.”

Bugünkü Bələdiyyə Məclisində fraksiyalar da yaradıldı. Marneuli Bələdiyyə Məclisində iki fraksiya yaradılıb. “Gürcü Arzusu” fraksiyasında 27, “Vahid Milli Hərəkat” fraksiyasında isə 5 üzv birləşib.

“VMH”-ın üzvlərindən biri, Nərgiz Əliyeva fraksiyada birləşməkdən imtina edib. Əliyeva öz qərarı barədə müsahibə vermək istəmədi.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია