Dövlət müfəttişi Mixeil Saakaşvilinin şəxsi məlumatlarının açıqlanmasına görə Ədliyyə Nazirliyi və Penitensiar Xidməti inzibati məsuliyyətə cəlb edib
Dövlət Müfəttişliyi İdarəsi Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin şəxsi məlumatlarının açıqlanması ilə bağlı araşdırmanı başa çatdırıb və müəyyən edib ki, Ədliyyə Nazirliyi və Xüsusi Penitensiar Xidmət “Fərdi məlumatlar haqqında” qanunu pozaraq məlumatları açıqlayıb.

Agentlikdən İnterpressNews-a verilən məlumata görə, dövlət müfəttişi Ədliyyə Nazirliyi və Xüsusi Penitensiar Xidməti inzibati məsuliyyətə cəlb edib. O cümlədən, hər iki qurum ümumilikdə 2500 lari məbləğində cərimələnib.

Baş Müfəttişlik müəyyən edib ki, Saakaşvilinin şəxsi məlumatları, o cümlədən sabiq prezidentin cəzaçəkmə müəssisəsində aldığı və istehlak etdiyi məhsullar və onun pəhrizi, tibb mərkəzində yemək yeməsinin videoyazısı və bəzi qida əlavələrinin fotoşəkilləri haqqında məlumatların yayılması ilə “Fərdi məlumatlar haqqında” qanun pozulub.

Xüsusi Penitensiar Xidmət Gürcüstanın “Fərdi məlumatların mühafizəsi haqqında” qanununun 44-cü maddəsinin ikinci bəndində nəzərdə tutulmuş inzibati xətalara görə cərimələnib.
Eyni zamanda, Gürcüstanın Ədliyyə Nazirliyinə və Xüsusi Penitensiar Xidmətə Mixeil Saakaşvilinin şəxsi məlumatlarını əks etdirən video və audio-video yazıları Facebook rəsmi sosial şəbəkəsindən, eləcə də rəsmi saytlardan silmək tapşırılıb”
, - Dövlət Müfəttişliyi Xidmətinin yaydığı məlumatda deyilir.
Mənbə: Netgazeti
Print