Marneuli yerli özünüidarəsi 2022-23-cü illərdə infrastruktur
obyektlərinin tikinti işlərinə nəzarət xidmətinə 1 250 000 lari
ayırmağı planlaşdırır.
Marneuli meriyası tərəfindən elan edilmiş tenderə görə, qalib gələn
şirkət 2022-23-cü illərdə Marneuli büdcəsindən maliyyələşdirilmiş
dəyəri 50 000 laridən artıq olan infrastruktur layihələrinin
monitorinqi həyata keçirməlidir. Eləcə də, şirkət 2022-2023-cü ildə
başladılmış və işlər bitənə qədər çoxillik tikinti işlərinə
nəzarəti təmin etməlidir.
Aşağıdakı infrastruktur layihələrində nəzarət həyata
keçirilməlidir:
- Yolların inşası/bərpası;
- Su təchizatı və kanalizasiya sisteminin
quraşdırılması/bərpası, (içməli su və onunla əlaqədar texnoloji
hissə, suvarma, kanalizasiya sistemləri).
- Körpülərin tikintisi/bərpası;
- Tikililərin inşası/bərpası;
- Parkların/həyətlərin salınması/bərpası;
- İdman meydanlarının (mini stadionlar)
tikintisi/bərpası;
- Küçə işıqlarının quraşdırılması işləri;
- Elektrik təmir işləri;
- Təmir-bərpa-bərkitmə işləri;
- Sahil bəndi, divar işləri (hidrotexniki
tikililər).
Marneuli meriyası infrastruktur layihələrinin tikinti işlərinə
nəzarət xidməti üçün tenderi 18 yanvar tarixində elan edib.
Tenderdə iştirak etmək istəyən şirkətlər 13 fevraldan 18 fevrala
qədər təkliflərini göndərə bilərlər.