Gürcüstanlı şahmatçı, 5 qat dünya çempionu Nona Qaprindaşvilinin
“Netflix” şirkətinə qarşı iddiası üzrə məhkəmə başlayır.
İlk dinləmə bu gün ABŞ-ın Kaliforniya ştatının məhkəməsində
keçiriləcək.
80 yaşlı şahmatçı şirkəti “Kraliçanın gedişi” serialında onunla
bağlı yanlış məlumat yaymaqda ittiham edir. Belə ki, ekran əsərində
N.Qaprindaşvilinin kişi şahmatçılarla qarşılaşmadığı bildirilib və
qrossmeyster səhvən rusiyalı şahmatçı kimi təqdim olunub.
Şahmatçı “Netflix”dən 5 milyon ABŞ dolları məbləğində təzminat və
serialdakı yanlış məlumatların düzəldilməsini tələb edir.