Gürcüstandan Azərbaycana gedən yük avtomobillərində siqaretlər aşkarlanıb
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Azərbaycana gedən "Mercedes-Benz" və "Man" markalı yük nəqliyyat vasitəsitələri saxlanılıb və sürücüləri şifahi sorğu-sual olunub.

Məlumata görə, bu zaman hər iki sürücü idarə etdikləri nəqliyyat vasitələrində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin olmadığını bildiriblər.

Lakin gömrük baxışı zamanı yük nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən 4 600 ədəd "Marlboro touch" markalı siqaret aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google