Marneulidə 7 müəllim və 3 şagird koronavirusa yoluxub
Marneuli bələdiyyəsinin 8 məktəbində koronavirusa aşkarlanıb, iki təhsil müəssisəsi bağlanıb, 16 sinif isə hibrid təhsil modelinə keçib. Marneuli Təhsil Resurs Mərkəzinin nümayəndəsi İrma Davadze bizimlə söhbəti zamanı bildirdi ki, Saimerlo, Sadaxlı 1 saylı, Maradisi, Şulaveri 2 saylı, Tsereteli, Marneuli 5, 6 və 8 saylı ictimai məktəblərində yoluxma halları qeydə alınıb.

"İndiki mərhələdə Sadaxlı 1 saylı ictimai məktəbində 3 sinif, Maradisidə bir, Şualveridə 5, Marneuli 5 saylı məktəbdə 5, 8 saylı məktəbdə 2, Tseretelidə isə 3 ayrıca sinif distant rejimə keçib."

Təhsil Resurs Mərkəzinin nümayəndəsinin sözlərinə görə, əsas yoluxma halları müəllimlərdə qeydə alınır. 27 yanvar tarixinə olan statistikaya görə, 7 pedaqoqda və 3 şagirddə virus aşkarlanıb.

Son 24 saat ərzində ölkədə koronavirusa 17 484 nəfər yoluxub. 3699 nəfər sağalıb, 27 nəfər isə dünyasını dəyişib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია