Bu gün, 14 aprel tarixində Marneuli 1 saylı ictimai məktəbində ana
dili gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Kvemo Kartli
Dövlət Müvəkkili Qiorqi Doxturişvili, Marneuli meri Kənan Ömərov və
Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze, eləcə də digər yerli
hakimiyyət nümayəndələri iştirak edib.
Tədbirdə Marneulinin ictimai məktəblərinin bir sıra məzunlarına
qızıl və gümüş medallar təqdim edilib.
“Kvemo Kartli regionunun əhalisini gürcü dili günü
münasibəti ilə Marneulidən təbrik etdik. Eləcə də fərqlənən
şagirdləri medalla mükafatlandırdıq. Bizim şagirdləri və
pedaqoqları bu gün münasibəti ilə xüsusi olaraq təbrik etmək
istəyirəm. Çünki Kvemo Kartli etnik baxımdan rəngarəngdir. Onların
əməyi və iştirakı əvəzolunmazdır”, – Qiorqi
Doxturişvili bildirdi
“Ana dili gününüzü, Gürcüstanın yaxın tarixində mühüm
günü təbrik edirəm. Eləcə də medal qazananları bu gün münasibəti
ilə təbrik etmək istəyirəm. Onlara qızıl və gümüş medallar təqdim
etdik. Gələcək həyatlarında hamısına uğurlar arzu
edirəm”, – Kənan Ömərov bildirdi.
“Bugünkü gün çox mühümdür. Dil kimliyin əsas əlamətlərindən
biridir. Gürcüstanın varlığını, bizim vətənpərvərlik ruhumuzu,
milli kimliyimizi məhz gürcü dili birləşdirir. Gəncləri bir daha
təbrik edirəm. Biz bu gün ictimai məktəbi fərqlənmə ilə bitirən
gəncləri mükafatlandırdıq”, – Bələdiyyə Məclisi sədri
bildirdi.
Tədbirdə Yeni Dioqnisi, Saimerlo, Maradisi, Tamarisi, Algeti 1
saylı, Böyük Muğanlı, Yuxarı Saral, Aşağı Saralın məktəbi fərqlənmə
ilə bitirmiş şagirdlərinə medallar təqdim olundu.
Qeyd edək ki, medalların verilməsi illik ənənə idi. Ancaq
tenderlərdə olan problemlərə görə, son bir neçə ildə medallar
şagirdlərə eyni zamanda verilir.