Bu gün, 27 aprel tarixində Marneuli İctimai Kitabxanasında BMT
Əhali Fondunun Gürcüstan ofisi və Marneuli Mədəniyyət Mərkəzi
arasında memorandum bağlanıb.
Memorandumun məqsədi mədəni cəhətdən həssas yaşlara
uyğunlaşdırılmış və gender bərabərliyi prinsiplərinə əsaslanan
səyyar kukla teatrının inkişafıdır. BMT-nin Əhali Fondunun
Gürcüstan ofisinin rəhbəri Lela Bakradze “Marneuli” radiosu söhbəti
zamanı bildirdi ki, bağlanmış əməkdaşlıq memorandumu çərçivəsində
“Luna işıldaböcəklər ölkəsində” tamaşası
hazırlanacaq və
Marneulinin 30-a yaxın kəndinə səfər edəcəklər.
“Bu, daşınması asan formatda, xüsusi hazırlanmış teatr
olacaq. Təəssüf ki, Marneulinin kəndlərində yaşayan bütün uşaqlar
tamaşada iştirak edə bilmirlər. Ona görə belə format düşündük. Bu
şəkildə bütün uşaqlara qədər gedib çıxacağıq. Marneuli Mədəniyyət
Mərkəzi ilə çox innovativ əməkdaşlıq var. Bunu BMT-nin Əhali Fondu
Avropa İttifaqının yardımı ilə həyata keçirir. Məqsəd uşaqlara və
onların valideynlərinə hamının ailədə bərabər olduğunu
xatırlatmaqdır. Ata və anaların uşaqlara bərbər qayğı göstərməsi,
ailə qayğılarını bölüşməsi mühümdür. Düşünürük ki, belə yanaşma ilə
çox adama bizim ölkənin inkişafı üçün mühüm olan sözümüzü çatdıra
bilərik. Bu dəyərlər ölkənin davamlı inkişafına
əsaslanır”, – Lela Bakradze bildirdi.
“Marneuli bələdiyyəsi, xüsusi ilə Marneuli Mədəniyyət
Mərkəzi üçün mühüm gündür. Tamaşa qadın və qızlara qarşı zorakılıq
əleyhinə aksiya çərçivəsində həyata keçirilir. Biz BMT-nin Əhali
Fondunun məqsədlərini bölüşürük və ilk təklifdən, bu təşəbbüs bizə
gələnə qədər qərar qəbul etdik ki, fəal şəkildə buna qoşulaq.
Düşünürük ki, bu bizə maraqlı olan hədəf qruplara sözümüzü
çatdırmaq üçün ən yaxşı yol olacaq. Bu məhz dörd yaşdan yeddi yaşa
qədər uşaqlar və onların validyenləridir. Ümid edirəm ki, bu bizim
əməkdaşlığımız ərzində yeganə layihə olmayacaq və gələcəkdə də çox
işlər görəcəyik”, – Mədəniyyət Mərkəzinin direktoru
Nato Şavişvili bildirdi.
“Luna işıldaböcəklər ölkəsində” kukla tamaşasının təqdimatı iyul
ayında planlaşdırılır. Tədbir “Gürcüstanda qadın və qızlara qarşı
zorakılıq” proqramı çərçivəsində keçirilib. Proqram Avropa
İttifaqının dəstəyi ilə BMT-nin Əhali Fondu və BMT-nin Qadınlar
Təşkilatı tərəfindən həyata keçirilir.
“Kişilər qayğı göstərir” kampaniyası çərçivəsində hazırlanmış “Luna
və işıldaböcəklər planeti” uşaq kitabı BMT-nin Əhali Fondunun
Gürcüstan ofisinin təşəbbüsü, Avropa İttifaqının dəstəyi ilə
azərbaycan dilinə tərcümə olunub.