Marneuli bələdiyyəsi boks üzrə Gürcüstan çempionatına ev sahibliyi edir
Marneuli bələdiyyəsinin Ata-Holdinq Mərkəzində bu gündən boks üzrə Gürcüstan milli çempionatı başlayıb. Marneuli İdman Məktəbindən "Marneuli" radiosuna bildirdilər ki, qeyd olunan yarışda 14 nəfər Marneulili idçançı iştirak edir.

"3-8 may tarixində, Marneuli bələdiyyəsi ənənəvi olaraq, 2008-2009-cu il təvəllüdlü boksçular arasında Gürcüstan milli çempionatına ev sahibliyi edir. Qeyd edək ki, Marneulinin boks tarixində ilk dəfə qız boksçu, Nərmin Bayramova 40 kq çəki kateqoriyasında mübarizə aparacaq. Qalanları isə:
- Ceyran Jorjoliani
- Tsoçan Abasov
- Təhməz Həsənov
- Mixail Qoqiani
- Əjdər Əliyev
- Qiorqi Mirzoyan
- Fərid Hüseynov
- Şako Çankseliani
- Royal Bədəlov
- Yusif Əsgərov
- Zülfüqar Mustafayev
- Paşa Qocayev
- Fazil Sultanov."


Marneuli bələdiyyəsinin İdman Məktəbindən bildirdilər ki, çempiontda 28 bələdiyyədən 170- ə yaxın boksçu iştirak edir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google