Marneuli bazarında tərəvəz şitillərinin qiyməti neçədir
Yazın gəlişi ilə yanaşı Marneuli bələdiyyəsində kənd təsərrüfatı işləri fəal şəkildə aparılır. May ayında yerli tərəvəz şitillərini açıq torpağa çıxarırlar.

Marneuli bazarında tərəvəz şitillərinin qiyməti neçədir və hansı tərəvəz şitillərinə ən böyük tələb var. Bu barədə “Marneuli” radiosu satıcılarla sorğu apardı.

“Əsasən pomidor, xiyar və bibər şitillərinə tələbat var. Eləcə də badımcan və kələm də tələb olunur. Gün ərzində alıcılar da olur və ötən illə müqayisədə yaxşıdır”,
– satıcı deyir.

“Əsasən pomidor və xiyara tələbat var. Mən, məsələn, xiyar şitilini 50 tetriyə satıram, çünki hələ kiçikdir. Eləcə də pomidor və bibər şitili dəstələrim var. Dəstədə təxminən 25 ədəd şitil var, bir dəstə 3-4 laridir. Hələ ki, alıcılar var”, – satıcı deyir.

Marneulili fermer Fridon Kveladzenin illərdir şitil təsərrüfatı var. O, bildirir ki, toxumu fevralda səpir, tərəvəz şitilini mayın əvvəlində satışa çıxarır.

“Fevralda toxumu səpirəm. Əsasən, istixanalarda, əvvəl bibər və badımcan toxumunu səpirik. Bir az sonra isə pomidor və xiyar səpilir. Bundan sonra şitillər çox prosedurlardan keçməli olur. Alaq otlarından təmizlənməlidir. Suvarma və hava lazımdır. İndiki mərhələdə çəhrayı və qırmızı pomidor, turşuluq, bolqar bibəri, acı bibər, xiyarın iki növ şitilini satışa çıxarırıq. Hər il bizim şitillər yaxşı satılır”,
– təsərrüfatçı deyir.

Marneuli bazarında indiki mərhələdə şitillərin qiyməti belədir:

- Kələm şitilinin bir dəstəsi 2 lari (dəstədə təxminən 50 ədəd şitil var)
- Bolqar bibəri 10 tetri
- Acı və turşu bibəri 10 tetri
- Qırmızı pomidor 20 tetri
- Çəhrayı pomidor 40 tetri
- Xiyar 50 tetri və 1 lari



"Marneuli" Radiosu
Print