Marneulili veteran cüdoçular Gürcüstan çempionu olublar
Tbilisi şəhərində, Cüdo Akademiyasında veteranlar arasında keçirilmiş Gürcüstan çempionatında Marneulili veteran idmançılar, Zaza Davadze və Sandro İakobaşvili birinci yerin shaibi olub.

Marneuli İdman Məktəbinin veteran cüdoçuları “Marneuli” radiosu ilə söhbət zamanı bildirdilər ki, qeyd olunan yarışa təxminən, iki ay ərzində hazırlaşırmışlar. Sandro İakobaşvili Marneuli İdman Məktəbində cüdo üzrə məşqçidir. O, qeyd edir ki, bu qələbəni şagirdlərinə həsr edib.

“İki görüşdə mübarizə aparmalı oldum. Bütün Gürücstan miqyasında veteran cüdoçular iştirak edirdilər. Bu qələbəni mən bütün şagirdlərimə həsr etdim. Nümunə göstərdim ki, uzun müddət idmanda ola bilərlər və onlara uğurlar arzuladım. Veteranlar arasında bu yarışda artıq üç ildir mübarizə aparıram”, – İakobaşvili dedi.

Sandro İakobaşvili və Zaza Davadze mayın sonunda Avropa çempionatında iştirak edəcəklər. Davadzenin sözlərinə görə, bu yarışda qazandıqları uğur mühüm idi.

“Bu kimi yarışda ikinci dəfə iştirak etdim, birinci dəfə ikinci yeri tutdum, indi isə birinci yeri qazanım. Əlbəttə bu qələbə vacibdir. Çünki bundan sonra böyük yarışlar Avropa və dünya yarışları olacaq. Bu yarışda əhval-ruhiyyəm elə idi ki, qalib gəlməli idim”, – Davadze dedi.

Qeyd olunan yarış 4 may tarixində keçirilib. Çempionatda Marneulidən Zaza Davadze və Sandro İakobaşvilidən başqa Rza Abbasov, Şalva Jorjoliani, Vaja Mumladze də iştirak edib. Onlar mükafat kateqoriyasına layiq görülüblər.

Print ელ. ფოსტა
FaceBook Twitter Google