Tbilisi şəhərində, Cüdo Akademiyasında veteranlar arasında
keçirilmiş Gürcüstan çempionatında Marneulili veteran idmançılar,
Zaza Davadze və Sandro İakobaşvili birinci yerin shaibi olub.
Marneuli İdman Məktəbinin veteran cüdoçuları “Marneuli” radiosu ilə
söhbət zamanı bildirdilər ki, qeyd olunan yarışa təxminən, iki ay
ərzində hazırlaşırmışlar. Sandro İakobaşvili Marneuli İdman
Məktəbində cüdo üzrə məşqçidir. O, qeyd edir ki, bu qələbəni
şagirdlərinə həsr edib.
“İki görüşdə mübarizə aparmalı oldum. Bütün Gürücstan
miqyasında veteran cüdoçular iştirak edirdilər. Bu qələbəni mən
bütün şagirdlərimə həsr etdim. Nümunə göstərdim ki, uzun müddət
idmanda ola bilərlər və onlara uğurlar arzuladım. Veteranlar
arasında bu yarışda artıq üç ildir mübarizə
aparıram”, – İakobaşvili dedi.
Sandro İakobaşvili və Zaza Davadze mayın sonunda Avropa
çempionatında iştirak edəcəklər. Davadzenin sözlərinə görə, bu
yarışda qazandıqları uğur mühüm idi.
“Bu kimi yarışda ikinci dəfə iştirak etdim, birinci
dəfə ikinci yeri tutdum, indi isə birinci yeri qazanım. Əlbəttə bu
qələbə vacibdir. Çünki bundan sonra böyük yarışlar Avropa və dünya
yarışları olacaq. Bu yarışda əhval-ruhiyyəm elə idi ki, qalib
gəlməli idim”, – Davadze dedi.
Qeyd olunan yarış 4 may tarixində keçirilib. Çempionatda
Marneulidən Zaza Davadze və Sandro İakobaşvilidən başqa Rza
Abbasov, Şalva Jorjoliani, Vaja Mumladze də iştirak edib. Onlar
mükafat kateqoriyasına layiq görülüblər.