Marneuli bələdiyyəsinin Tsereteli kəndində 2009-2010-cu il
təvəllüdlü yeniyetmələr arasında futbol üzrə yarış keçirilib.
Marneuli “Algeti”-nin məşqçisi Qoça Toroşelidze “Marneuli” radiosu
ilə söhbəti zamanı bildirdi ki, oyun Marneuli “Algeti”
komandalarının uğuru ilə başa çatıb.
“Oyun Abxaziya Federasiyasının dəstəyi ilə keçirildi, 2009-cu il
təvəllüdlülərdə Algeti-Bolnisi, 2010-cu il təvəllüdlülərdə isə
Algeti-Tbilisi oynadı. Böyüklərin görüşü 1-1 hesabı ilə başa çatdı.
Kiçiklər isə 0-6 bizim xeyrimizə başa vurdular”, –
Toroşelidze bildirdi.
Məşqçinin sözlərinə görə, növbəti oyun bazar ertəsi keçiriləcək və
oyunda yenidən 2010-cu il təvəllüdlü yeniyetmələr iştirak
edəcək.