Fermerlər 300 larilik aqro-kartları haradan almalıdırlar
Gürcüstan hökuməti 0,25 hektardan 1,25 hektara qədər torpaq sahəsi olan fermerlər üçün kənd təsərrüfatı torpaqlarının subsidiya proqramına başlayıb.

1 hektar torpaq sahəsi üçün 300 lari subsidiya nəzərdə tutulub. Fermerlər bu proqramdan yararlanmaq üçün kimə müraciət etməlidirlər? “Marneuli” radiosu məsələ ilə bağlı Kəndlərin İnkişafı Agentliyinin Regionlarla Əlaqələr Departamentinin Kvemo Kartli Regional Xidmətinin rəhbəri səlahiyyətlətinin icraçısı İrakli Xozrevanidze ilə söhbət apardı. Onun qeyd etdiyinə görə, birinci mərhələdə benefisiarlar “Leiberty Bank”-a getməlidirlər, orada operatorlar onlara xidmət göstərəcək.

“Bu proqramın həyata keçirilməsini bütün bələdiyyələrdə “Liberty Bank” həyata keçirir. Potensial benefisiarların siyahısı həmin banka verilib. Onlar mərhələli şəkildə aqro-kartalara köçürürlər və benefisiarlara mərhələli şəkildə verəcəklər. Benefisiarlar həmin banka müraciət etməli və onlara məxsus aqro-kartı tələb etməlidirlər. Həmin karta bal köçürüləcək və bundan sonra həmin baldan akkreditasiyadan keçmiş mağazalarda istifadə edə biləcəklər. Fermerlər Reyestrində də görünə bilər, bank əməkdaşı bunu yoxlayacaq. Əgər fermer qeyd olunan reyestrdə qeydiyyatda yoxdursa, orada asan anket doldurmalı olacaq ki, nə istehsal edir və s. Operator özü benefisiara xidmət göstərəcək, sorğunu da o, aparacaq və müvafiq portala yükləyəcək”,
– Xozrevadnidze bildirdi.

Qeyd olunan proqrama görə, əgər fermer 0,25 hektar kənd təsərrüfatı təyinatlı torpağa sahibdirsə, o, 75 lari subsidiya alacaq. Yarım hektar sahəsi olan halda isə 150 lari alacaq.

Ötən illərdə dövlət subsidiyası alan fermerlərə Fermerlər Reyestrində təkrar qeydiyyatdan keçmək lazım deyil. Qeydiyyatdan keçməyənlər və “Liberty Bank”-da prosedurlardan keçməmiş fermerlər Kənd Təsərrüfatı İnkişafı Agentliyinin qaynar xəttinə, 1501-ə zəng vura, qeydiyyatdan keçə bilərlər.

Gürcüstan hökumətinin məlumatına görə, subsidiya proqramından 300 000-ə qədər fermer yararlanacaq. Büdcə isə 35 milyon lari təşkil edir.

Proqram 2022-ci ilin 30 noyabrına qədər davam edəcək.

"Marneuli" Radiosu


Print