Qorxurlar, valideynlərdən biri ümumiyyətlə, uşağa peyvənd vurulmasından imtina etdi – kənd ambulatoriyasının həkimi

19 may tarixində Saimerlo ictimai məktəbində kənd ambulatoriyasının həkimi Lia Zakaidze valideyn və müəllimlərlə məlumatlandırma xarakterli görüş keçirib.

Həkimin sözlərinə görə, görüşdə uşaq və yeniyetmələrin peyvənd edilməsinin vacibliyindən söhbət açıblar. Onun sözlərinə görə, yeni doğulduqdan 14 yaşa qədər olan uşaqlara peyvənd komplekti vurulur. Bəzi validyenlər bundan imtina edib. Çünki düşünürlər ki, uşaqlara koronavirusa qarşı peyvənd vurulur.

“Saimerlo və Bəylər kənd pedaqoqları, eləcə də valideynlər ilə görüşdük. Təbliğat apardıq, qapı-qapı prinsipi ilə kəndlərə gedirik ki, uşaqlara peyvənd vurulmasının nə dərəcədə mühüm olduğunu əhaliyə izah edək. Məlumat veririk ki, bu koronavirusa qarşı peyvənd deyil. Qorxurlar, valideynlərdən biri ümumiyyətlə, uşağa peyvənd vurulmasından imtina etdi və rəsmi imza atdı ki, imtina edir. Bu koronavirusa qarşı peyvənd deyil. Bizim cavabdeh olduğumuz, 14 yaşa qədər uşaqlara peyvənd vurulmasıdır. Dünənki görüşdə valideynlərin razılığı ilə altı uşağa peyvənd vurduq”, — Lia Zakaidze bildirdi.

Həkimin sözlərinə görə, koronavirusa qarşı çıxan şirkət yeniyetmələrin validyenlərinə mənfi təsir göstərib. O, hesab edir ki, məktəblərdə və uşaq bağçalarında məlumatlandırma kampaniyalarının küçirilməsi mühümdür.

Peyvənd təqviminə görə, uşaqlara növbəti ardıcıllıqla peyvənd vurulur:
  • - 12 ayında və 5 yaşında uşaqlara qızılca, məxmərək, parotitə qarşı peyvənd vurulur.
  • - 4 aydan sonra və 1 yaşında pnevmokokk infeksiyasına qarşı peyvənd vurulur.
  • - 2 və 3 aylıq uşaqlara rotavirus infeksiyasına qarşı peyvənd vurulur.
  • - 18 ayında difteriya, göyöskürək, tetanus peyvəndləri nəzərdə tutulub.
  • - Uşaq poliomielit peyvəndini 18 ayında, təkrar olaraq isə 5 yaşında qəbul edir.
  • - Difteriya-tetanus peyvəndi uşağa 5 yaşında vurulur.
  • - Tetanus-difteriya isə 14 yaşında vurulur.

 

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google