Marneuli bələdiyyəsində Acarıstandan ekomiqrantların məskunlaşdığı
Yeni Dioqnisi kəndində küçə və parklara ad verilib. İnəklərin
otladığı və bir neçə attraksion yerləşdirilmiş parka “Avropa parkı”
adını veriblər.
Kənd əhalisinin bir qismi düşünür ki, məkana hansısa ənənəvi ad
versələr, daha yaxşı olardı. Bir qismi isə hesab edir ki, “Avropa
parkı” uyğun addır. Ronald Dzirkvadze təxminən 30 ildir Yeni
Dioqnisidə yaşayır. O, bildirir ki, kənddə Avropa da, onunla
əlaqədar adlar da onun üçün qəbuledilməzdir. O, düşünür ki, qeyd
olunan məsələ ilə bağlı yerli sakinlərin əksəriyyətinin fikrini
dinləsələr, daha yaxşı olardı.
“Kənd sakini olaraq parka Avropa adının verilməsinin
tərəfdarı deyiləm, uyğun deyil. Çünki, kəndlə əlaqəli olan, 89-cu
ildən bu yana gəldiyimiz hansısa ənənəvi ad verilməsinə daha çox
üstünlük verərdim. Əhalinin əksəriyyətinin fikrinə əsasən qərar
verilsə, daha yaxşı olardı. Mənim üçün Avropa heç nə ilə
assosiasiya olunmur. Çünki bizim məhsullar qonşu ölkələrdə satılır.
Avropanın mənə heç bir xeyri yoxdur və bu parkın belə adlanmasını
da istəmirəm”, – Ronald Dzirkvadze bildirdi.
“Bu parka uyğun ad deyil, bilmirəm nə
adlandırılmalıdır, amma bu ad uyğun deyil”, – Keti
Dzirkvadze bildirdi.
Yerli əhalinin bir qismi deyir ki, Avropa onlar üçün sülh və hər
şeyin yaxşısı deməkdir. Hesab edirlər ki, “Avropa parkı” əraziyə
uyğun addır.
“Küçə və parklara verilmiş bu adlar mənə görə uyğundur. Çünki
Avropaya doğru gedirik. Avropada daha yaxşı olacağıq, müharibə
olmayacaq. Bu adlar bizə uyğundur və qəbul edirik” –
Kevsiri Saqinadze bildirdi.
“Kənddə küçələrə və parka ad verildi. Nə təcili yardım
maşınına, nə də heç kimə ünvan deyə bilmirdik. Avropanı müsbət
qarşılayıram, əsas odur, adı var və mənim fikrimcə, uyğundur. Uzun
zamandır, küçə və bu parka ad verilməsi kimi təşəbbüsümüz var idi.
Qalanları mənim üçün qəbulediləndir”, – Qoça
Koçalidze bildirdi.
Marneuli bələdiyyəsinin Yeni Dioqnisi kəndinin küçələrinə, qeyd
olunan parkə adların verilməsi ilə bağlı əhali və yerli hakimiyyət
arasında 2022-ci ilin 11 fevralında görüş keçirilmişdi. Bələdiyyə
Məclisinin iclasında, 13 may tarixində isə qərar qəbul etmişdilər.
Qərara görə, 11 küçə və 1 parka ad veriləcəkdi. Acarıstandan
ekomiqratların məskunlaşdığı Yeni Dioqnisi kəndi bələdiyyədə
küçələrə və parka ad verilən ilk kəndlərdəndir.