Ukraynada baş verənlər sadəcə Ukraynanın təhlükəsizlik problemi
deyil, bu, bütün Avropa təhlükəsizlik arxitekturasının problemidir.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Davos İqtisadi Forumunun
panel müzakirəsində çıxışı zamanı belə deyib.
O, 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi zamanı indiki kimi
birlik nümayiş etdirilmədiyini vurğulayıb:
“Mən sizə
bizim 2008-ci ildəki müharibəmizi xatırlatmaq istəyirəm. Təəssüflə
qeyd edirəm ki, o zaman biz bugünkü birliyi görmədik. Biz bu
birliyi alqışlayırıq, bu bütün sivil dünyanın çox güclü
reaksiyasıdır. Amma müstəqilliyimizi bərpa etməyimiz biz gürcülərə
çox ağır başa gəldi. 90-cı illərdə Abxaziya və Osetiyada iki
müharibə, 2008-ci ildə Rusiya ilə genişmiqyaslı müharibə oldu. Bu
müharibənin nəticəsi bizim tarixi ərazilərimizin müvəqqəti
işğalıdır. Biz Avropa İttifaqındakı (Aİ) narahatlığı başa düşürük,
onlar bütün bu problemləri Avropa ailəsinə idxal edilməsini
istəmirlər. Biz onu da başa düşürük ki, namizəd statusunun
verilməsi üzvlük verilməsi anlamına gəlmir. Bu, çox uzun bir
prosesdir”.
Qaribaşvili qeyd edib ki, Aİ Gürcüstanın namizəd statusu
müraciətinə adekvat reaksiya verməldir.
Mənbə: apa.az