Marneulidə 1 iyunda tədbir keçiriləcək
Marneuli bələdiyyəsinin Mədəniyyət Mərkəzi 1 iyun tarixində, Beynəlxalq Uşaq Müdafiəsi Günü ilə əlaqədar Marneulili uşaqları əyləncəli şou-proqrama dəvət edir. Bu barədə Mədəniyyət Mərkəzinin Facebook səhifəsində məlumat yayımlanıb.

“Sizi rəngarəng əyləncəli şou-proqrama dəvət edirik. Xüsusilə Marneulili uşaqlar üçün:

İtaliyalı küçə nümayişi, Marneuli Mədəniyyət Mərkəzinin vokal studiyasının yetirmələri ə MidNight yığması”,
– Mərkəzin Facbeook səhifəsində yazılıb.

Tədbir Marneuli Mədəniyyət Mərkəzinin ərazisindəki parkda saat 13:00-da başlayacaq.

"Marneuli" Radiosu
Print