Marneuli uşaq bağçalarına qeydiyyat başlayıb
Bu gün, 1 iyun tarixində Marneuli uşaq bağçalarına qeydiyyat başlayıb və 30 iyuna qədər davam edəcək. Uşaq Bağçaları Birliyinin sədri Zaur Kərəmov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, bağçalarda səhərdən izdiham hiss olunur və qeydiyyat prosesi pozuntular olmadan aparılır. Onun sözlərinə görə, Marneuli uşaq bağçalarına bu il təxminən 1000 uşaq qəbul edəcəklər.

“İkinci mərhələ 22 avqustda başlayacaq və 2 sentyabrda başa çatacaq. Birinci mərhələdə qeydiyyatdan keçə bilməyən uşaqlar ikinci mərhələdə keçəcəklər. Bu il vəziyyət daha yaxşıdır. 1 saylı bağça açılır və bu il oraya təxminən 190 uşaq qəbul olunacaq. Saimerlo bağçasına isə təxminən 40 uşaq, 3 saylı bağçaya 100-dən artıq uşaq qəbul edə biləcəyik. İndi dəqiq sayı bilmirik. İkinci mərhələdən sonra neçə uşaq qəbul edə biləcəyimiz aydın olacaq”,
– Kərəmov dedi.

Bələdiyyə miqyasında ümumilikdə 14 bağça fəaliyyət göstərir. 2022-ci ildə 11 bağça fəaliyyətə başlayıb, 2 bağçada isə təmir işləri aparılırdı. Bir bağça qəzalı vəziyyətdədir. Zaur Kərəmovun sözlərinə görə, 2022-2023-cü təhsil ilində Marneuli 1 saylı və Qızılhacılı uşaq bağçasında təhsil bərpa olunacaq.

Print ელ. ფოსტა
FaceBook Twitter Google