Dövlət proqramı çərçivəsində heyvanlarda yayılmış 10-a yaxın xəstəliyin müalicəsi pulsuz mümkündür
Saimerlo kəndində yaşayan Naira Xexelaşvilinin 12 baş inəyi var. Onun sözlərinə görə, hevanlara qulluq etmək böyük vaxt, pul və enerji tələb edir. O, deyir ki, inəklərə yaxşı yem verir və onun üçün inəklərin nə dərəcədə sağlam olmasını bilmək mühümdür. Ona görə tez-tez baytarla məsləhətləşir, ildə bir dəfə 12 inəyin hamısından ümumi qan analizi verir. Bunun nəticəsində onların süd məhsullarının nə dərəcədə təhlükəsiz olduğunu müəyyən edir.

“Böyük zəhmət lazımdır və bu işlə maraqlanan adamlar mütləq elementar tibbi yardım göstərməyi bilməlidir. Bunun üçün mənim həmişə dərman ehtiyatım var. Yayda mal-qarada gənələr əmələ gəlir və bu halda fermer özü onun qayğısına qalmalıdır. Belə halda biz heyvanı təmizləyirik. Eləcə də bəzi otları yedikdən sonra inəyin qazları əmələ gəlir. Tez-tez baytar gələnə kimi heyvan ölə də bilər. Ona görə mən həmişə dərman saxlayıram və belə zamanlarda içizdirirəm. Nadir hallarda özm baytar çağırmalı oluram. Əgər soyuq dəyərsə və ya heyvan zəhərlənərsə, mən mütəxəssis olmadan müalicə edə bilmərəm. İldə bir dəfə baytar gətirirəm ki, qan götürsün və laboratoriyaya aparırıq. Çünki bruselloz xəstəliyi 10 il ərzində heyvanda heç bir əlamət olmadan qala bilər”, – Naira Xexelaşvili bildirdi.

Milli Qida Agentliyi ildə bir dəfə, pulsuz, 10 müxtəlif növ heyvan xəstəliyinə nəzarət həyata keçirir. Proqram çərçivəsində Kvemo Kartli miqyasında 120, Marneulidə 25 baytar var. Onlar heyvanlra müvafiq peyvənd vururlar və səlahiyyətləri çərçivəsində yardım göstərirlər.

Milli Qida Agentliyinin Regional İdarəçiliyinin rəhbəri Miranqula Lipartelianinin sözlərinə görə, fermerlərin baytarlıqda dövlət nəzarət proqramı çərçivəsində müxtəlif xidmətdən yararlanmaq şəriti var.

“Marneulidə 25 baytardan 3 ştatdadır, qalanı isə müqavilə əsasında işləyir. Qarayara, turk, quduzluq, bruselloz, mal-qarada vəba, dermatit və s. kimi xəstəliklərə nəzarət edirlər. Marneuli bələdiyyəsində mövsümi daşınma zamanı heyvanlar xarici parazitlərdən təmizlənir. Fermerlər heyvanların sağlamlıq vəziyyətində problem yarananda bizə müraciət edirlər. Biz səlahiyyətimiz çərçivəsində reaksiya göstəririk. Bizim səlahiyyətimizdən kənara çıxdıqda isə özəl baytara göndəririk. Heyvanların kütləvi xəstələnməsi zamanı, ciddi reaksiya göstərmək lazımdır. Nazirliyin qaynar xətti var – 1501, oraya zəng vurmaq pulsuzdur və bütün fermerlər bu nömrəyə zəng vurub problemini deyir, biz də reaksiya göstəririk”, – Liparteliani bildirdi.

Dövlət nəzarət proqramı ilə baytarlıqda nəzərdə tutulmuş tədbirlər heyvanlara, həmçinin, heyvan xəstəliklərinin qarşısının alınması və ya aşkarlanmasının azaldılmasına yönləndirilib. Bütün fermerlər proqramdan pulsuz yararlana bilər.

Print ელ. ფოსტა
FaceBook Twitter Google