Milli Qida Agentliyi Marneulidə 9 obyekti cərimələyib, onlardan 2 obyekt bağlanıb
Milli Qida Agentliyi Marneulidə 9 obyekti cərimələyib. Agentliyin Kvemo Kartli Regional İdarəsinin rəhbəri Miranqula Liparteliani “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, Marneulidə əsas pozuntular ət mağazalarında, heyvan sallaqxanalarında qeydə alınıb.

“Kvemo Kartlidə planlı və plansız yoxlama aparıldı. Marneulidə iki ciddi uyğunsuzluq var idi. Hər biri 1000 lari dəyərində cərimələndi və istehsal prosesi dayandırıldı. 7 obyektdə isə etika qaydalarının pozulması və qeydiyyatsız fəaliyyəti göstərmə halları qeydə alınıb”
, - Liparteliani bildirdi.

Milli Qida Agentliyi may ayında Kvemo Kartlidə ümumilikdə, 22 obyekti cərimələyib.

"Marneuli" Radiosu
Print